Litva bu il Ukraynaya 223 milyon avroluq hərbi yardım göstərməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müdafiə naziri Robertas Kaunas bildirib ki, "Litvanın Ukraynaya hərbi yardımının ümumi məbləği 1 milyard dollardan çoxdur. Cari il üçün 265 milyon dollar (təxminən 223 milyon avro) ayırmışıq və bu vəsait üç prioritet sahəyə xərclənəcək".
Nazir əlavə edib ki, bu məbləğ hava hücumundan müdafiə sistemləri və artilleriya sursatlarının alınmasına, həmçinin Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsalına sərf olunacaq. 2024-cü ildə Litva müdafiə ehtiyacları üçün hər il ÜDM-in 0,25%-ni Kiyevə ayırmaq qərarına gəlib ki, bu da təxminən 190 milyon avro təşkil edir.