Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Litva Prezidenti hökumətin istefasını qəbul etdi

1 dəq
Paylaş:
Litva Prezidenti hökumətin istefasını qəbul etdi

Litva Prezidenti Nauseda Nazirlər Kabinetinin istefasını qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İnqa Ruqinienin kabinetinin istefasını qəbul edib və hökumətə yeni formalaşana qədər öz vəzifələrini yerinə yetirməyi tapşırıb.

Litva Prezidenti 15 gün ərzində Seymə (parlament) baş nazirliyə namizəd irəli sürməlidir.

Hakim çoxluq Litva Sosial Demokrat Partiyasının lideri Sinkeviçusu bu vəzifəyə namizəd göstərib. Seym prezidentin namizədliyini qəbul edərsə, təyin olunmuş baş nazir növbəti 15 gün ərzində öz kabinet tərkibini və hökumət proqramını parlamentə təqdim etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax