Əsas məzmuna keç

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət etdilər

Heydər Əliyev Fondunun rəhbərliyi XVIII əsrə aid ibadətgahdakı bərpa işləri və muzeylə tanış olub. "Qurani-Kərim" hədiyyəsinin təfərrüatları bu xəbərdə.

ru en

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib. Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.

Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.

Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.

Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya "Qurani-Kərim" hədiyyə olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…