Əsas məzmuna keç

Leyla və Arzu Əliyevalar “CandyFest” festivalında iştirak edib

Leyla və Arzu Əliyevalar “CandyFest” festivalında iştirak edib

Heydər Əliyev Mərkəzinin parkında keçirilən “CandyFest”də maraqlı anlar yaşanıb. Leyla və Arzu Əliyevaların qatıldığı şirniyyat festivalından görüntülər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İyunun 26-da Fondunun vitse-prezidenti və Bakı Media Mərkəzinin rəhbəri Bakı Bulvarında keçirilən “CandyFest” yay festivalını ziyarət ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, əvvəlcə qonaqlara barədə ətraflı məlumat verilib.

Bildirilib ki, iyunun 1-dən başlayan festival iyulun sonunadək davam edəcək. Burada hər yaş qrupundan olan qonaqlar üçün təqdimatlar nəzərdə tutulub. Qeyd olunub ki, festival zamanı hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və əyləncə proqramları təşkil olunur.

Ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva festival çərçivəsində təşkil olunmuş yarmarka ərazisi və müxtəlif köşklərə baş çəkiblər. Qonaqlar köşklərdə təamların dadına baxıb, festival ziyarətçiləri ilə görüşüb, şəkillər çəkdiriblər. Ziyarət zamanı qonaqlara müxtəlif hədiyyələr də təqdim olunub.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva açıq səma altında keçirilən “Sehrli mirvari” su sirki şousunu izləyiblər. Daha sonra nağıl qəhrəmanlarının iştirakı ilə işıq, musiqi və akrobatik elementlərin yer aldığı tamaşa nümayiş olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?