Əsas məzmuna keç

Lənkəranda meşədə iki nəfərin meyitinin aşkarlanması faktı üzrə cinayət işi başlanıb

Lənkəranda meşədə iki nəfərin meyitinin aşkarlanması faktı üzrə cinayət işi başlanıb

Lənkəran meşəliyində aşkarlanan cəsədlərlə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Ölümlə nəticələnən müəmmalı hadisənin təfərrüatı nədir?

en ru

Lənkəranda meşə ərazisində iki şəxsin meyitinin aşkar edilməsi faktı üzrə başlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 11-də rayonunun Haftoni kəndi yaxınlığındakı meşəlik ərazidə iki nəfərin meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalar zamanı meyitləri aşkar olunan şəxslərin 1997-ci il təvəllüdlü Mirzəyev Xəzər Vurğun oğlu və 2010-cu il təvəllüdlü Məmmədova Fidan Şahid qızı olması müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hazırda hadisənin bütün halları, eləcə də şəxslərin ölüm səbəbləri və şəraiti araşdırılmaqla, müvafiq ekspertizalar təyin edilib, aidiyyəti dövlət qurumları, o cümlədən orqanlarının əməkdaşları ilə birgə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…