Latviya Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevi və ümumilikdə Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi (Ermənistanla - red) ilə bağlı təbrik edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
O ümid etdiyini bildirib ki, sülh sazişi tezliklə imzalanacaq:
"Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq".
Latviya Prezidenti bugünkü görüşdə regional proseslərin ətraflı müzakirə edildiyini də vurğulayıb.
"Azərbaycanın Trans-Xəzər nəqliyyat dəhlizi və enerji dəhlizində rolunu xüsusilə qeyd etmək istərdik. Bu, həm Latviya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli məsələdir", - deyə Latviya Prezident qeyd edib.