Azərbaycan boksçuları Türkiyənin İstanbul şəhərində bu gün start götürən IBA Prezident kubokunda mübarizə aparacaqlar. Yarışda ölkəmizi 10 idmançı təmsil edəcək.
Komanda böyük məşqçi Nəriman Abdullayev, məşqçilər Rəhim Allahverdiyev və Rüfət Aslanovun rəhbərliyi altında çıxış edəcək. Bilalhəbaşi Nəzərov 50 kq, Tural Sarıyev və Nicat Hüseynov 52 kq, Amin Məmmədzadə 55 kq çəki dərəcəsində yarışacaqlar.
Məhəmmədəli Aşırəliyev və Tayfur Əliyev 60 kq, Malik Həsənov və Zaur Qəhrəmanov 65 kq, Sərxan Əliyev 70 kq, Seyid Seyidov isə 85 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
İstanbulda Fuad Aslanov və Rövşən Qədirov Azərbaycanı hakim kimi təmsil edəcəklər. Turnirin qaliblərinin adına dekabrın 4-də aydınlıq gələcək.