Əsas məzmuna keç

Latviya Prezidenti Edqars Rinkeviçs "Bakı Ağ Şəhər"də olub

Latviya Prezidenti Edqars Rinkeviçs "Bakı Ağ Şəhər"də olub

Baltikyanı ölkənin rəhbəri paytaxtın müasir siması sayılan ekoloji şəhərsalma layihəsi ilə tanış olub. Görüşün maraqlı detalları və infrastruktur yenilikləri burada.

en ru

Azərbaycanda rəsmi səfərdə olan Prezidenti aprelin 22-də "Bakı Ağ Şəhər"də olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Latviya prezidentinə burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verib.

Bildirilib ki, ərazi 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar "Qaraşəhər" kimi tanınırdı. Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib.

"Bakı Ağ Şəhər" layihəsi dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biridir. Layihənin icrasına İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb. Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və "ağıllı şəhər" prinsipləri əsasında işlənib hazırlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…