Əsas məzmuna keç

Lənkəranın Viravul kəndində yaşayış evi yanıb

Lənkəranın Viravul kəndində yaşayış evi yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Viravul kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat...

ru

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə rayonunun Viravul kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan dördotaqlı evin bir otağının yanar konstruksiyaları 12kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #fhn#lənkəran
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…