Əsas məzmuna keç

Laçının Güləbird kəndində yanğın olub

Laçının Güləbird kəndində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonunun Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonunun Güləbird kəndində relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dağlıq ərazidə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…