Operativ Məlumat Mərkəzi

KXDR sualtı nüvə silahını sınaqdan keçirib

1 dəq
Paylaş:
KXDR sualtı nüvə silahını sınaqdan keçirib

Şimali Koreya sualtı nüvə silahı sistemini uğurla sınaqdan keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Haeil-5-23” sualtı nüvə silah sistemini sınaqdan keçirilməsinə səbəb ABŞ, Yaponiya və Cənubi Koreyanın birgə dəniz təlimləri olub.

Nazirlik verilən məluçata görə, Cənubi Koreyanın Cecu adasının sularında keçirilən üçgünlük üçtərəfli təlimlər KXDR-nin təhlükəsizliyini ciddi təhdid altına alan fəaliyyətdir.

Təlimlərə cavab olaraq, Ş.Koreyanın dənizdə və su altında cavab tədbirlərinin davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, Şimali Koreya ötən il düşmənin gəmilərini və limanlarını məhv etmək üçün sunami yaradan sualtı nüvə zərbə dronunu da uğurla sınaqdan keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər