Kurtua "Real"da qalır?

Kurtua "Real"da qalır?
04.12.2024 13:01
Aa
dəq

"Real"ın qapıçısı Tibo Kurtua Səudiyyə Ərəbistanına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı tezliklə Səudiyyə klublarından sərfəli təkliflər ala bilər.

Lakin 32 yaşlı qolkiper “Real”la müqaviləsini daha bir neçə il uzatmaq niyyətindədir.

Tibo Kurtua 2018-ci ildən "kral" klubunda çıxış edir.

Cari mövsüm qapıçı Karlo Ançelottinin komandası ilə bütün yarışlarda 15 oyun keçirib, 12 qol buraxıb və altı dəfə qapısını toxunulmaz saxlayıb.

Həftənin ən çox oxunanları