Operativ Məlumat Mərkəzi

Küləkli hava şəraiti sabahadək davam edəcək

1 dəq
Paylaş:
Küləkli hava şəraiti sabahadək davam edəcək
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli...

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Arabir güclənən şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər