Əsas məzmuna keç

Külək nə vaxt güclənəcək? Sarı və narıncı xəbərdarlıq

Külək nə vaxt güclənəcək? Sarı və narıncı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti Bakı və bölgələrdə güclü şimal-qərb küləyi ilə bağlı xəbərdarlıq etdi. Hansı rayonlarda təhlükə daha yüksəkdir? Detallar:

en ru

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Gədəbəy, Göygöl, Şəmkir, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Quba, Siyəzən, Xızı, Altıağac, İmişli, Şirvan, Beyləqan, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran və Astarada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Ağstafa, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Naftalan, Xaçmaz, Qusar və Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8 metrdən 28.4 metrədək güclənəcək.

Hava proqnozu

11° Bakıda indiYüngül yağış
  1. Bu gün Arabir yağış 14° 11° yağış 80%
  2. Sabah Arabir yağış 17° 13° yağış 73%
  3. Birisi gün Arabir yağış 14° 11° yağış 83%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…