Operativ Məlumat Mərkəzi

Krımda baş verən qasırğa nəticəsində ölənlərin sayı artıb

1 dəq
Paylaş:
Krımda baş verən qasırğa nəticəsində ölənlərin sayı artıb
bu barədə TASS-a müsahibəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib. Agentliyin sözlərinə görə, yarımadanın 350-dən çox sakini...

Krımda baş verən qasırğa nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

Agentliyin sözlərinə görə, yarımadanın 350-dən çox sakini təxliyə edilib, onlardan 118-i 6 müvəqqəti məskunlaşma mərkəzinə aparılıb.

Qeyd edək ki, noyabrın 26-da axşam saatlarında Krım və Krasnodar vilayətində güclü tufan baş verib. Yarımadada bəzi yerlərdə küləyin sürəti saniyədə 40 metrə, dalğanın hündürlüyü isə 9 metrə çatıb. Respublikanın yüz minlərlə sakini işıqsız qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər