“Diplomatiya hərbi əməliyyatları cilovlamaq və Hörmüz boğazında gəmiçilik azadlığını təmin etmək üçün yeganə vasitədir”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta deyib.
O qeyd edib ki, bu münaqişə beynəlxalq hüquq qaydaları üçün dramatik bir məqam və böyük çağırışa çevrilib, nəticədə isə Aİ-də enerji daşıyıcılarının qiymətləri kəskin artıb.
O əlavə edib ki, bu münaqişə Avropanın təhlükəsizliyi üçün xüsusilə miqrasiya və terror təhlükələri sahəsində ciddi təhdid yarada bilər.
Avropa İttifaqı Şurasının Prezidenti həmçinin bildirib ki, ABŞ və İsrail öz müttəfiqləri ilə əvvəlcədən məsləhətləşmədən İrana zərbə endirmək qərarı qəbul ediblər.
“Bütün tərəfləri təmkinli olmağa, hərbi əməliyyatları dayandırmağa və diplomatiyaya müraciət etməyə çağırarkən, biz inanırıq ki, bu, həm də Hörmüz boğazında gəmiçilik və ticarət azadlığının təminatına xidmət edəcək”, - o vurğulayıb.