Operativ Məlumat Mərkəzi

KİV: ABŞ “Crocus City Hall”dakı terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib

1 dəq
Paylaş:
KİV: ABŞ “Crocus City Hall”dakı terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib
{"az":"bu barədə “The New York Times” (NYT) məlumat yayıb. Bildirilib ki, buna səbəb Moskvanın ABŞ kəşfiyyat xidmətlərinin informatorları və onların kəşfiyyat...","en":"","ru":""}

ABŞ rəsmiləri Moskva vilayətindəki “Crocus City Hall”da planlaşdırılan terror aktı ilə bağlı bütün məlumatları rusiyalı həmkarları ilə bölüşməyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Bildirilib ki, buna səbəb Moskvanın ABŞ kəşfiyyat xidmətlərinin informatorları və onların kəşfiyyat üsullarını ifşa edə biləcəyinə dair narahatlıq idi.

Qeyd edilib ki, Vaşinqton və Moskva arasında düşmənçilik münasibətləri ABŞ rəsmilərinin terror planı haqqında məlumatı paylaşmasına mane olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər