Keniyada daşqınlar nəticəsində ən azı 76 nəfər ölüb

Keniyada daşqınlar nəticəsində ən azı 76 nəfər ölüb
28.04.2024 07:32
Aa
dəq

Keniyada son iki ayda yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 76 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Keniya hökumətinin sözçüsü İsaak Mayqua Mvaura məlumat verib.

Onun sözlərinə görə, son 12 saat ərzində daha 12 nəfər ölüb, bununla da yağışlar nəticəsində ölənlərin ümumi sayı 76-ya çatıb. Daha 29 keniyalı yaralanıb, 19 nəfər itkin düşüb.

Mvaura əlavə edib ki, ölkə boyu çoxsaylı yollar su altında qalıb, 130 mindən çox insan evlərini tərk edib. Onların bir çoxu hökumətdən kömək istəmək üçün paytaxt Nayrobiyə gəlib.

Mart ayından bəri yağan yağışlar Keniya ilə qonşu olan Tanzaniyada da ciddi fəsadlar törədib. Belə ki, sel və torpaq sürüşməsi nəticəsində 155 nəfər ölüb. Uqanda və Burundidə ölümlər və ciddi dağıntılar var.

Afrika sinoptikləri hesab edirlər ki, hazırda qitənin şərqində yağan qeyri-adi güclü yağışların səbəbi El Nino iqlim fenomenidir.

Həftənin ən çox oxunanları

Makron: “Avropa təhlükədədir”

Makron: “Avropa təhlükədədir”
DAVAMIN OXU davamın oxu

Orban Avropanın dünya müharibəsindən yayınma şanslarından danışıb

Orban Avropanın dünya müharibəsindən yayınma şanslarından danışıb
DAVAMIN OXU davamın oxu

ABŞ Ukraynanın niyə əlavə hərbi yardım paketi aldığını açıqlayıb

ABŞ Ukraynanın niyə əlavə hərbi yardım paketi aldığını açıqlayıb
DAVAMIN OXU davamın oxu

Çin Macarıstanı ABŞ-a qarşı mühüm tərəfdaş kimi görür

Çin Macarıstanı ABŞ-a qarşı mühüm tərəfdaş kimi görür
DAVAMIN OXU davamın oxu

Kim Çen In KXDR ordusunun yenilənmiş RYAS-larına baxış keçirib

Kim Çen In KXDR ordusunun yenilənmiş RYAS-larına baxış keçirib
DAVAMIN OXU davamın oxu