Operativ Məlumat Mərkəzi

Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək

1 dəq
Paylaş:
Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Kəmaləddin Heydərov Gədəbəydə vətəndaşları qəbul edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 18 iyul 2025-ci il tarixdə Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Gədəbəy və Şəmkir rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 17 iyul 2025-ci il tarixdə Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər