Əsas məzmuna keç

Kəmaləddin Heydərov Bibiheybətdəki sürüşmə ərazisinə baxış keçirib

Kəmaləddin Heydərov Bibiheybətdəki sürüşmə ərazisinə baxış keçirib

FHN rəhbəri Səbaildə intensiv yağışların yaratdığı fəsadları araşdırıb. Feyruz Mustafayev və Vüsal Nəsirli ilə görüləcək tədbirlər müzakirə edilib. Təhlükə sovuşubmu?

en ru

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar sözügedən ərazidə olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazir ərazidə yaranmış vəziyyətlə yerində tanış olub, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz , Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb.

Həmçinin atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…