Əsas məzmuna keç

Kəlbəcərə dolu düşüb

Kəlbəcərə dolu düşüb

Azərbaycanın dağlıq bölgəsində təbiət hadisəsi müşahidə olunub. Kəlbəcər rayonuna yağan intensiv dolu kənd təsərrüfatına ziyan vurubmu? Detallar burada.

en ru

Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağıb.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda (Quba) 4, Ağdam, Qəbələdə 3, Qaxda 2, Goranboy, Gəncə, Naftalan, Xaltan, Tovuz, Zaqatala, Tərtər, Bərdə, Yevlax, , Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınıb.

Avqustun 20-si saat 20:25-20:33 radələrində Kəlbəcər rayonu İstisu qəsəbəsinin Alagöllər ərazisinə diametri 8-10 mm olan dolu düşüb.

Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və yarımadasında 21, Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran, Naftalanda 16 m/s-yə çatır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…