Əsas məzmuna keç

Kəlbəcər və Laçına sulu qar yağıb

Kəlbəcər və Laçına sulu qar yağıb

Şərqi Zəngəzurun yüksək dağlıq ərazilərində hava kəskin dəyişdi. Yağıntılı şərait və temperaturun enməsi ilə bağlı son vəziyyəti və proqnozları öyrənin.

en ru

Ölkə ərazisində əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək ərazilərdə isə (, Laçın) sulu qar yağıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 3, Gəncə, , Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və yarımadasında, eyni zamanda Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, Qobustan, Şamaxı, Xızı, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qusar, Quba, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənir. Küləyin maksimal sürəti Kəlbəcərdə 25, Ağstafada 21, Tovuz və Xınalıqda 20, Goranboyda 19, Zəngilan, Naftalan və Daşkəsəndə 18 m/s, Lerik və Gədəbəydə 16 m/s-dək çatır.

Hava proqnozu

11° Bakıda indiÇiskin
  1. Bu gün Arabir yağış 12° 8° yağış 82%
  2. Sabah Günəşli 13° 9° yağış 36%
  3. Birisi gün Az buludlu 16° 12°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…