Kəlbəcər istiqamətində bəbir müşahidə olunub - FOTO

Kəlbəcər istiqamətində bəbir müşahidə olunub - FOTO
03.07.2024 16:13
Aa
dəq

Son dövrlərdə, yəni işğaldan sonra bəbirləri ilk müşahidə edən əsgərlər olub. Bundan sonra ETSN, İDEA İctimai Birliyi və WWF tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan nümayəndəliyinin (WWF) direktoru Elşad Əsgərov "Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma" mövzusunda ETSN-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda bəbir fərdlərinə rast gəlindiyi əsas ərazilər Zəngəzur və Talış dağlarıdır:

"Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində Azərbaycan hökümətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir".

Həftənin ən çox oxunanları

Ötən ay 23 aptekdə yoxlama aparılıb

Ötən ay 23 aptekdə yoxlama aparılıb
DAVAMIN OXU davamın oxu

Sus kəndində ilk körpə dünyaya gəlib

Sus kəndində ilk körpə dünyaya gəlib
DAVAMIN OXU davamın oxu

Sabah Bakının 4 rayonunda qaz olmayacaq

Sabah Bakının 4 rayonunda qaz olmayacaq
DAVAMIN OXU davamın oxu

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi
DAVAMIN OXU davamın oxu

Ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib - STATİSTİKA

Ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib - STATİSTİKA
DAVAMIN OXU davamın oxu