Əsas məzmuna keç

Vərəm xəstəsi əsgər niyə xidmətə çağırılıb? – Ekspertdıən AÇIQLAMA

Vərəm xəstəsi əsgər niyə xidmətə çağırılıb? – Ekspertdıən AÇIQLAMA

Hərbi ekspert: “Əsgərin ölümündə günahı olanlar mütləq cəzalanacaq”

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edib. Məlumata görə, Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından 10 gün əvvəl - yanvarın 26-da hərbi xidmətə gedib. Vəfat edən şəxsin yaxınları tərəfindən bildirilib ki, ağır xəstəsi imiş.

Bəs vərəm xəstəsi olan şəxs niyə hərbi xidmətə cəlb edilib?

Bu barədə"Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında hərbi verdiyev çağırışçıların hərbi xidmətə göndərilməzdən əvvəl bir və ya iki ay öncə tibbi müayinədən keçirildiyini bildirib. Onun sözlərinə görə, bu müayinələrin nəticələri məlum olduqdan sonra belə bəzi hallarda çağırışçılarda sonradan müxtəlif xəstəliklər yarana bilər.

Ədalət Verdiyev azadlığa buraxıldı

Ekspert qeyd edib ki, çağırışçılar yalnız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən deyil, eyni zamanda xidmətə qəbul olunduqları qoşun növündə də əlavə tibbi və fiziki yoxlamalardan keçirilirlər. Hazırda baş vermiş faktla bağlı araşdırmalar davam edir.

Ədalət Verdiyev vurğulayıb ki, cəmi 10 gün xidmət etmiş və atasız olan bir əsgərin hərbi xidmət zamanı həlak olmasının əsl səbəbləri yalnız istintaq başa çatdıqdan sonra məlum olacaq. Onun sözlərinə görə, əgər bu hadisədə günahı olan şəxslər müəyyən edilərsə, onlar qanunvericiliyinin tələblərinə uyğun olaraq şəkildə cəzalandırılacaqlar.

Hərbi ekspert əlavə edib ki, hazırda əsgərin ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür, lakin bu versiyalardan heç biri rəsmi qurumlar və ya istintaq orqanları tərəfindən təsdiqlənməyib. Bəzi iddialarda intihar, digərlərində vərəm xəstəliyi və ya psixoloji problemlər irəli sürülsə də, bütün hallarda istintaqın yekun nəticəsini gözləmək vacibdir.

“Rəsmi nəticələr olmadan məsuliyyəti kiminsə üzərinə qoymaq düzgün deyil. Ancaq istənilən halda, bu hadisədə məsuliyyət daşıyan şəxslər mütləq müəyyən olunacaq və cəzalandırılacaq”, – deyə Ədalət Verdiyev bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…