Əsas məzmuna keç

Keçmiş departament rəhbərinə 3 milyonluq ittiham: “Təqsirkar deyiləm, qisas alırlar!”

Keçmiş departament rəhbərinə 3 milyonluq ittiham: “Təqsirkar deyiləm, qisas alırlar!”

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sələfi “Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynovun dövründə milyonlarla dövlət vəsaitinin mənimsənilməsi faktı aşkar edilib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sələfi “Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynovun dövründə milyonlarla dövlət vəsaitinin mənimsənilməsi faktı aşkar edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” “Qafqazinfo”ya istinadla xəbər verir ki, yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həmin dövrdə baş verən qanun pozuntularını araşdırıb.

Mənimsəmə faktı üzrə artıq bir nəfər sabiq vəzifəli şəxsə yekun ittiham elan edilib.

Qorxaz Hüseynov və başqaları ilə bağlı isə ayrıca icraata ayrılıb. Həmin vaxt müqavilələr İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov adlı şəxslər tərəfindən imzalanıb. Hazırda həmin şəxslər barəsində cinayət təqibi davam edir.

Bu kimi hallarda prokurorluq dövlətə dəymiş ziyanın ödənilməsi üçün şans verir. Ziyan ödənilmədiyi təqdirdə isə şəxs cinayət məsuliyyətinə cəlb edilir, iş məhkəməyə verilir.

Məlumat üçün bildirək ki, Q.Hüseynov 2011- 2021-ci illər aralığında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edib.

Qeyd edək ki, bu yaxınlarda həmin iş üzrə “Azərsu”nun sabiq departament rəhbəri və şöbə müdiri Səday Əliyevtəqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Səday ayrılmış cinayət işində adı keçən şəxslərlə əlbir olaraq 3 zərər vurmaqda ittiham olunur. Həmin işdə yuxarıda adları çəkilmiş digər şəxslər şahid qismində dindiriliblər. Onların məhkəmədə də şahid qismində ifadə vermələri mümkündür.

Həmin cinayət işi üzrə keçirilmiş məhkəmənin hazırlıq iclasında Səday Əliyev ittihamı qəbul etmədiyini, 2 dəfə məhkəmə qərarı ilə işə bərpa olunduğunu, sonuncu məhkəmə qərarının 16 aydır icra edilmədiyini, buna görə ona qarşı hazırkı ittihamın irəli sürüldüyünü deyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…