Əsas məzmuna keç

Kartlardan daha 41 min manat oğurlandı

Kartlardan daha 41 min manat oğurlandı

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41048 manat oğurlanıb. Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, aprelin...

Şənbə və bazar günlərində vətəndaşların kartlarından 41048 manat oğurlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 12-də və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11100, 10283, 4900, 2537, 2520, 2183, 1500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Kartın üzərindəki CVV/CVC , SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

Vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin”, - DİN-in müraciətində vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…