Əsas məzmuna keç

DİN kiberhücumlarla bağlı çağırış edib

DİN kiberhücumlarla bağlı çağırış edib

bu barədə DİN-in Mətbuat Xidmətinin bildirilib. Qeyd olunub ki, CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sizə məxsus digər sistemlərə giriş üçün...

"Vətəndaşların kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var. Bank kartının üzərində olan məxfi məlumatların naməlum şəxslərə verilməsi maliyyə itkisinə və öhdəliklərinin yaranmasına səbəb olur".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin bildirilib.

Qeyd olunub ki, CVV/CVC , SMS vasitəsilə göndərilən OTP kodu, sizə məxsus digər sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, eləcə də kartın PİN kodu naməlum şəxslərə ötürüldüyü halda hesabdakı pul , yaxud hesabda pul olmadığı təqdirdə kredit vəsaiti oğurlana bilər:

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olmaları tövsiyə edilir. Qəti şəkildə şəxsi bank məlumatlarınızı naməlum şəxslərə verməyin, təhlükə realdır".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…