Əsas məzmuna keç

Kanadalı şairə Ədəbiyyat üzrə Nobel mükafatını qazanıb

Kanadalı şairə Ədəbiyyat üzrə Nobel mükafatını qazanıb

Toronto doğumlu Enn Karson antik yunan mifologiyasını müasir dillə yenidən şərh etdiyinə görə bu ilki nüfuzlu mükafata layiq görüldü. Yazıçının uğur yolu.

en ru

üzrə mükafatı laureatı məlum olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, builki mükafata kanadalı şair, esseist və yazıçı Enn Karson (Anne Carson) görülüb.

O bu mükafata klassik ədəbiyyat ənənələrindən yaradıcı şəkildə istifadə edərək müasir ədəbiyyata yeni, fərqli formalar qazandıran cəsarətli və yenilikçi yaradıcılığına görə layiq görülüb.

Məlumat üçün bildirək ki, Enn Karson 1950-ci ildə Kanadanın şəhərində doğulub.

Yaradıcılığında şeir və esse janrı, eləcə də tərcüməçilik fəaliyyəti üstünlük təşkil edir.

Müəllif gənc yaşlarından qədim yunan dilinə maraq göstərib və Şotlandiyanın Sent-Endryus Universitetində sözügedən dili öyrənib. O həmçinin antik ədəbiyyat tədqiqatçısı və professordur. ABŞ və Kanadanın nüfuzlu universitetlərində, o cümlədən Prinston, Nyu-York və Miçiqan universitetlərində dərs deyib.

E.Karsona şöhrət gətirən əsərlərindən biri "Autobiography of Red" ("Qırmızının avtobioqrafiyası") əsəridir ki, məhz bu əsərdə o, qədim yunan mifologiyasındakı hekayələrdən birini götürüb onu müasir dövrə uyğun şəkildə yenidən yazıb.

Qeyd edək ki, Nobel həftəsi oktyabrın 5-dən 12-dək davam edəcək. Belə ki, oktyabrın 5-də fiziologiya və ya tibb üzrə, dünən fizika üzrə, bu gün isə ədəbiyyat üzrə mükafatın laureatları elan olunub.

Sabah üzrə, oktyabrın 12-də isə İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı elan ediləcək.

Nobelin mükafat fondu tərqibən 1,5 milyon ABŞ dollarıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…