Tanınmış ədəbiyyatşünas-alim, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Qurban Fərman oğlu Bayramov 80 yaşında vəfat edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qurban Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi olub.
Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib.
1972-ci ildən AMEA-nın Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb, uzun illər Azərbaycan ədəbiyyatının tədqiqi və ədəbi tənqid sahəsində fəaliyyət göstərib.
O, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2001-ci ildən Respublika Qarabağ Ağsaqqallar Şurasının, 2003-cü ildən isə Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü olub.
O, mərhum yazıçı Bayram Bayramovub qardaşı idi.