Əsas məzmuna keç

Nobel mükafatının məbləği artırılır

Nobel mükafatının məbləği artırılır

bu barədə Nobel Fondunun icraçı direktoru Hanna Styarne bildirib."Mükafatın məbləğini artırmaqla biz Nobel mükafatının uzunmüddətli əhəmiyyətini...

en ru

Fondu bu il üçün pul mükafatının məbləğini 9 % , altı kateqoriyanın hər birində 12 milyon İsveç kronuna ( 1,22 milyon dollar) çatdıracaq.

“Operativ Məlumat Mərkəzi-OMM” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Nobel Fondunun icraçı direktoru Hanna Styarne bildirib.

"Mükafatın məbləğini artırmaqla biz Nobel mükafatının uzunmüddətli əhəmiyyətini dəstəkləyir və mükafatın maliyyə hissəsinin zamanla öz dəyərini qoruyub saxlayacağına zəmanət veririk", - o qeyd edib.

Bu il fizika, kimya, sülh, , iqtisadiyyat, eləcə də fiziologiya və ya tibb sahələrində Nobel mükafatı laureatlarının adları 5-12 oktyabr tarixlərində açıqlanacaq. Builki mükafatlandırma mərasimi Nobel mükafatlarının ilk təqdimatının 125-ci ildönümünə həsr olunub.

Nobel mükafatı XIX əsr İsveç sahibkarı, dinamitin ixtiraçısı Alfred Nobelin vəsiyyətinə uyğun olaraq təsis edilib. İlk mükafatlandırma mərasimi 1901-ci ildə keçirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…