Əsas məzmuna keç

Kanada Aİ-yə qoşulur?

Kanada Aİ-yə qoşulur?

Sakinlərin 58%-i Avropa blokuna üzv olmaq istəsə də, Donald Trump təhdidləri və ABŞ-la ticarət asılılığı buna mane olur. Mark Carney hökuməti isə qəti qərarını verdi.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Kanadalıların əksəriyyəti ölkələrinin Avropa İttifaqına qoşulmasına etiraz etmir, lakin bu ideya praktik baxımdan demək olar ki, həyata keçirilə bilməz.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "The Globe and Mail" qəzeti məlumat yayıb.

Bildirilib ki, Kanada sakinlərinin 58%-i ölkələrinin Avropa dövlətlərinin iqtisadi və siyasi blokuna qoşulmasını yaxşı fikir hesab edir.

Bununla yanaşı, qəzet qeyd edir ki, praktik müstəvidə bu ideya faktiki olaraq reallaşdırıla bilməz. Belə ki, bu təşəbbüsün həyata keçirilməsi Kanadanın və Meksika ilə Şimali Amerika sazişindən çıxmasını və ticarət qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmasını tələb edəcək.

Hazırda Kanada ixracının 70%-dən çoxu ABŞ-yə, cəmi 8%-i isə Avropaya yönəlir. Bundan əlavə, Kanada hələ də İtaliya, Polşa və Fransa daxil olmaqla Aİ-nin 10 ölkəsi ilə ikitərəfli ticarət sazişlərini ratifikasiya etməyib.

Həmçinin Kanadanın yalnız ticarət deyil, digər qanunvericilik sahələrini də Avropa standartlarına uyğunlaşdırması lazım olacaq. Hətta bu şərtlər yerinə yetirilsə belə, Avropa İttifaqına qoşulmaq üçün onun bütün 27 üzv ölkəsinin razılığı tələb olunur. Bu isə o deməkdir ki, istənilən üzv ölkə Şimali Amerika dövlətinin üzvlüyünü bloklaya bilər.

Kanadanın Aİ-yə mümkün inteqrasiyası ilə bağlı ideyalar ABŞ prezidenti Trumpın Kanadanın mümkün ilhaqı ilə bağlı təhdidlərinə cavab kimi Avropa və Kanada ekspert və siyasi dairələrində müzakirə olunmağa başlayıb.

2025-ci ilin iyununda isə Kanadanın Carney hökumətin ölkənin Avropa İttifaqına qoşulması məsələsini nəzərdən keçirmək niyyətində olmadığını açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…