İngiltərənin "Vulverhempton" klubunun futbolçusu Joao Qomesin yeni komandaya keçidi gündəmdədir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Globo" nəşrinə istinadən xəbər verir ki, braziliyalı oyunçunun xidmətində Avropanın nəhəng klubları maraqlıdır.
Portuqaliyalı mütəxəssis Joze Mourinyo gənc yarımmüdafiəçini öz komandasında görmək istəyir.
Hazırda "Real" Madridə qayıtmağa yaxın olan təcrübəli baş məşqçi komandanın heyətini məhz Qomeslə gücləndirməyi planlaşdırır.
Bundan əvvəl mətbuatda futbolçu ilə İspaniya paytaxtının digər təmsilçisi "Atletiko"nun da yaxından maraqlandığı bildirilirdi.
Qeyd edək ki, 25 yaşlı oyunçunun İngiltərə klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Onun hazırkı transfer dəyəri isə 35 milyon avro olaraq qiymətləndirilir.