Əsas məzmuna keç

Jalapeno bibərləri epidemiyaya səbəb oldu

Jalapeno bibərləri epidemiyaya səbəb oldu

CDC-nin araşdırdığı salmonella təhlükəsi 27 ştata yayıldı. Coast Citrus şirkətinin idxal etdiyi məhsullar Chipotle və Qdoba restoranlarında niyə yığışdırıldı?

en ru

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) Meksikadan gətirilən bibərləri ilə əlaqəli olduğu ehtimal edilən salmonella epidemiyasının 27 yayıldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, federal qurumlar 27 ştatda 345 nəfərin xəstələnməsi ilə bağlı araşdırma aparır.

CDC-nin açıqlamasında bildirilib ki, sözügedən jalapeno bibərləri Kaliforniyada yerləşən Coast distribütor şirkəti tərəfindən Meksikadan gətirilib və bu "", "Qdoba" və digər restoranlarda istifadə olunub.

Epidemiya nəticəsində 36 nəfərin xəstəxanaya yerləşdirildiyi, lakin ölüm halının qeydə alınmadığı bildirilib.

Ən çox yoluxma halları Minnesota və Kolorado ştatlarında qeydə alınıb, hər iki ştatda 110 yoluxma aşkarlanıb.

Bundan əlavə, İllinoysda 30, Kanzasda isə 13 hadisə müəyyən edilib.

Salmonella halları Alabama, Arkanzas, Kaliforniya, Corciya, İndiana, Kentukki, Luiziana, Miçiqan, Missuri, Montana, Nebraska, Şimali Karolina, Şimali Dakota, Ohayo, Oklahoma, Cənubi Karolina, Tennessi, Texas, Yuta, Virciniya, Vaşinqton, Viskonsin və Vayominq ştatlarında da qeydə alınıb.

Epidemiya ilə bağlı ehtiyat tədbiri olaraq restoran şəbəkələri də addımlar atıb.

"Chipotle" menyusundan jalapeno bibərlərini müvəqqəti çıxardığını açıqlayıb, "Qdoba" isə bütün restoranlarında həmin məhsulu qabaqlayıcı tədbir kimi yığışdırdığını bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…