Əsas məzmuna keç

İtaliyada məhkəmə islahatı üzrə referendum: Meloni hökuməti üçün kritik sınaq

İtaliyada məhkəmə islahatı üzrə referendum: Meloni hökuməti üçün kritik sınaq

İtaliya mart ayında məhkəmə sistemini kökündən dəyişəcək referendum keçirəcək. Bu səsvermə Baş nazir Ciorcia Meloninin siyasi gücünün göstəricisi olacaq.

en ru

İtaliyada 22-23 mart tarixlərində ölkənin ədliyyə sistemini yenidən formalaşdıra biləcək islahatları üzrə keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu səsvermə 2027-ci ildə gözlənilən ümumi seçkilər ərəfəsində və onun hökuməti üçün mühüm siyasi hesab olunur.

İslahatın əsas mahiyyəti hakimlər və prokurorları idarə edən Ali Məhkəmə Şurasının (CSM) iki ayrı quruma bölünməsindən ibarətdir.

Hazırda özünüidarəetmə prinsipi ilə fəaliyyət göstərən şuranın üzvləri seçki yolu ilə təyin edilir.

Təklif olunan dəyişikliyə əsasən, üzvlər püşkatma yolu ilə seçiləcək ki, bu da tərəfdarların fikrincə, siyasi təsirləri minimuma endirəcək.

Hökumət tərəfdarları "Bəli", müxalifət isə "Xeyr" kampaniyasını dəstəkləyir.

Analitiklər hesab edir ki, italyanların çoxu islahatın texniki tərəflərindən çox, partiya sadiqliyinə görə səs verəcək.

Baş nazir referendumun nəticəsindən asılı olmayaraq istefa verməyəcəyini bəyan edib.

Səsvermənin nəticəsi İtaliyanın daxili siyasətindəki güc balansını dəyişə bilər. "Bəli" qərarı Meloninin mövqeyini möhkəmləndirəcək, "Xeyr" cavabı isə mərkəz-sol müxalifətinə yeni stimul verəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…