Operativ Məlumat Mərkəzi

İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib

1 dəq
Paylaş:
İsxak Hersoq Azərbaycan Prezidentinə zəng edib
{"az":"bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. İsrail Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb,...","en":"","ru":""}

Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İsrail Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər