Əsas məzmuna keç

İsrail Prezidenti Azərbaycana niyə GƏLİB?

İsrail Prezidenti Azərbaycana niyə GƏLİB?

İlham Əliyev və İsxak Hersoq oktyabrın 14-də keçirilən görüşdə ölkəmizin AQEM-ə sədrliyi, ikitərəfli əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

en ru

Oktyabrın 14-də Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak ilə görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə () sədrliyi münasibətilə təbrik etdi. İsxak Hersoq Azərbaycanın 2026–2028-ci illərdə də bu quruma sədrliyini davam etdirməsini ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirdi və bundan məmnunluğunu ifadə etdi.

İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı Azərbaycanın sədrliyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sədr ölkə kimi AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirdiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərə, həmçinin beynəlxalq və regional gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…