2022-ci il üzrə istilik haqlarının ödəniş səviyyəsi 94.7 faiz təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini icra edən İlham Mirzəliyev mövsümün yekunları barədə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, noyabrın 15-dən aprelin 1-dək əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 65.2% təşkil edib.
"Görülən işlər nəticəsində son mövsüm ərzində keçmiş qaçqın və məcburi köçkünlərin ödəniş dinamikasında müsbət tendensiya qeydə alınıb - 52.9%.