Əsas məzmuna keç

Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti DAYANDIRILDI - SƏBƏB

Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti DAYANDIRILDI - SƏBƏB

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyəti dayandırlıb...

en ru

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyəti dayandırlıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyini əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.

Pasiyentlərə xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrində təşkili nəzərdə tutulur.

Bu çərçivədə pasiyentlərin tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndirilməsi təmin ediləcək.

Həyata keçirilən tədbirlərin əsas məqsədi pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda əhaliyə göstərilən tibbi xidmətlərin davamlılığının qorunmasıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…