Operativ Məlumat Mərkəzi

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində iki fələstinli həlak olub

1 dəq
Paylaş:
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində iki fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərqindəki Bani Suheila şəhərinə endirdiyi hava hücumu nəticəsində ən azı iki fələstinli həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Əl-Cəzirə" telekanalı yayıb.

Bildirilir ki, hücum pilotsuz uçuş aparatından həyata keçirilib, daha iki sakin isə yaralanıb.

Kanalın əvvəlki məlumatına görə, atəşkəsin qüvvədə olmasına baxmayaraq, Qəzzanın cənubundakı bir sıra yaşayış məntəqələri də İsrail ordusunun hava və artilleriya zərbələrinin hədəfi olub. Hücumların həmçinin Xan Yunisin müxtəlif istiqamətlərinə, eləcə də Rəfahın şimal-şərqinə helikopter və tanklarla davam etdirildiyi qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər