Operativ Məlumat Mərkəzi

İsrailin Qəzza zolağına endirdiyi üç hava zərbəsi nəticəsində 48 nəfər ölüb

1 dəq
Paylaş:
İsrailin Qəzza zolağına endirdiyi üç hava zərbəsi nəticəsində 48 nəfər ölüb
bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb. Qəzzanın mərkəzi hissəsindəki Nuseyrat rayonundakı Birləşmiş Millətlər Təşkilatının məktəbində azı 25,...

İsrailin Qəzza zolağına bir saatdan az bir müddətdə həyata keçirdiyi üç hava hücumu nəticəsində azı 48 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Qəzzanın mərkəzi hissəsindəki Nuseyrat rayonundakı Birləşmiş Millətlər Təşkilatının məktəbində azı 25, Qəzzanın cənubunda Xan Yunusda 18, bölgənin şimalında Beyt Lahiyada isə 5 nəfər həlak olub.

Əl-Cəzirə İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlara başladığı gündən bəri əksəriyyəti qadın və uşaq olmaqla 38 min 713 fələstinlinin öldürüldüyünü, 89 mindən çox insanın isə yaralandığını bildirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər