Operativ Məlumat Mərkəzi

İsrail XİN rəhbəri: Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm

1 dəq
Paylaş:
İsrail XİN rəhbəri: Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm
bu barədə İsrail XİN rəhbəri bildirib. “Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla bir daha görüşməyimə şadam. Qəzzada Tramp planı və...

İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana səfər etmək niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri bildirib.

“Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla bir daha görüşməyimə şadam. Qəzzada Tramp planı və Azərbaycan-Ermənistan məsələsi, eləcə də dərinləşən ikitərəfli və iqtisadi əlaqələrimiz ətrafında yaxşı müzakirələrimiz oldu. Azərbaycanda İsrail turizmi 2025-ci ildə əhəmiyyətli dərəcədə artıb və biz bunu daha da inkişaf etdirməyə davam edəcəyik. Tezliklə Bakıya səfər etməyi səbrsizliklə gözləyirəm. Biz yaxın əlaqələrimizi daha da möhkəmləndirməyə davam edəcəyik”, - o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər