İsrail ordusunun Suriyanın cənub-qərbindəki Quneytra əyalətində keçirdiyi reyd zamanı mülki şəxslərə məxsus 15 ev tamamilə dağılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ailələr çıxarıldıqdan az sonra iki mərtəbəli binalar İsrail ordusunun tikinti texnikası ilə sökülüb.
Mülki evlərin dağıdılmasının ardınca İsrail qüvvələri bölgədə hərbi məntəqələr quraraq, sözügedən əraziləri işğal edib.