İsrail ordusu bombardman və blokada altında olan Qəzza zolağına ilk dəniz yolu ilə humanitar yardım daşınması ilə bağlı açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açıqlamada İspaniyanın “Open Arms” qeyri-hökumət təşkilatı və ABŞ-da yerləşən “World Central Kitchen” təşkilatının 200 ton ərzaq yardımı daşıyan və Kipr adasından yola düşən gəmini qarşılamağa hazırlaşdıqları bildirilib.
Yunan qəzetləri yardım materialının da İsrail rəsmiləri tərəfindən əvvəlcədən yoxlanıldığını, Cənubi Kipr Rum Administrasiyasının Larnaka limanından yola düşən gəminin 2 gün ərzində Qəzza sahillərinə çatmasının gözlənildiyini yazıb.