Əsas məzmuna keç

İsrail ordusunun hücumu nəticəsində Bəşşar Əsədin general qardaşı ölüb

İsrail ordusunun hücumu nəticəsində Bəşşar Əsədin general qardaşı ölüb

İsrail Müdafiə Ordusunun hava zərbələri nəticəsində prezidenti Bəşşar Əsədin Mahir əl-Əsəd ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı İranın “Mehr” agentliyi yayıb.

İsrail Müdafiə Ordusunun Hava Qüvvələri Suriya prezidenti Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandalıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “newsru.co.il”ə istinadən xəbər verir ki, məlumatı Suriya İnsan Hüquqları uğrunda Monitorinq (“The Syrian Observatory for Human Rights” -SOHR) yayıb.

İsrail rəsmiləri və Suriyadakı Bəşşar hakimiyyəti hadisə ilə bağlı şərh yaymayıb.

Məlumata görə, bu qərargaha Livan “Hizbullah”ı və İran İnqilab Keşikçiləri Qvardiyasının liderləri tez-tez baş çəkirlər.

Bildirilib ki, bu, Mahir Əsədə xəbərdarlıqdır. İnformasiyaya əsasən, 4-cü diviziya Livana silah-sursat göndərir. Mahir Əsəd İsrail Müdafiə Ordusunun hədəf bankındadır. Bombalanma zamanı o, qərargahda olub.

Mahir Əsəd 2018-ci ildə İsrailin Suriyada hədəflərə zərbə endirməsi nəticəsində yaralanıb.

General-mayor Mahir Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik oğludur. O, Ərəb Respublikasının qvardiyasına və 4-cü elit zirehli tank diviziyasına komandanlıq edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…