İsrail hərbçiləri İordan çayının qərb sahilində antiterror əməliyyatı zamanı HƏMAS radikal təşkilatının 29 silahlısını saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Terrorizmə və HƏMAS terror təşkilatına qarşı mübarizə çərçivəsində Yəhudeya və Samariya regionunda aparılan genişmiqyaslı əməliyyat nəticəsində, o cümlədən İordaniya vadisində HƏMAS terror təşkilatının 29 silahlısı saxlanılıb”, - deyə məlumatda bildirilir.