Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail hərbçiləri 4 fələstinlini saxladı

2 dəq
Paylaş:
İsrail hərbçiləri 4 fələstinlini saxladı

İsrail hərbçiləri işğal altında olan İordan çayının qərb sahilində keçirdikləri əməliyyatlar zamanı 4 fələstinlini saxlayıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Fələstində məskunlaşan israilli şəxslər Əl-Xəlil şəhərinin -qərbində Surif qəsəbəsində fələstinlilərə hücum ediblər.

Surif bələdiyyəsinin sədri bildirib ki, onlar bir neçə evə hücum edib, bəzi sakinləri isə dəyənəklərlə döyüblər.

Fəal Üsamə Mühamirə isə Mesafir Yatta bölgəsində İsrail hərbçilərinin bir fələstinlini saxladığını açıqlayıb.

Məlumata görə, həmin şəxslər Beytləhm şəhərinin şərqində yerləşən Əl-Minyə kəndində qoyun sürülərini əkin sahələrinə buraxaraq kənd təsərrüfatı sahələrinə ziyan vurublar.

Qərb Sahilinin şimalında isə İsrail hərbçilərinin Qalqiliyə şəhərinin şərqindəki İmatin kəndinə reyd keçirdiyi, kənd girişində yerləşən emalatxanada olan 3 fələstinlini saxladığı bildirilib.

Bundan başqa, İsrail hərbçilərinin Cenin şəhərinin şərq hissəsində fələstinlilərə məxsus çoxsaylı tikililərdə inşaat və fəaliyyətin dayandırılması ilə bağlı bildirişlər payladığı qeyd olunub.

Eyni zamanda, İsrail hərbçilərinin Ramallah şəhərinin şərqindəki Deyr Cərir, şimal-şərqindəki Sincil, eləcə də Cenin şəhərinin şərqində yerləşən Deyr Əbu Daif qəsəbələrinə də təşkil etdiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax