İsrail Müdafiə Ordusu Livan ərazisindəki "Hizbullah" hədəflərinə qarşı genişmiqyaslı hava hücumlarının yeni mərhələsinə başladığını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli media orqanları hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyat çərçivəsində qruplaşmanın infrastrukturu və strateji nöqtələri hədəf alınıb.
İsrail tərəfi bu addımı bölgədəki təhlükəsizlik risklərinin qarşısını almaq məqsədilə atdığını bildirib.
Hücumlar əsasən Livanın cənub bölgələrini əhatə edir. İsrail ordusu əməliyyatların davam edəcəyi barədə xəbərdarlıq edib. Hələlik itkilər və dağıntıların miqyası barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, son dövrlərdə İsrail və "Hizbullah" arasındakı gərginlik pik həddə çatıb və sərhədyanı bölgələrdə mütəmadi olaraq atışmalar müşahidə olunur.