İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yaradılmış təhlükəsizlik zonasında mövcudluğunu davam etdirəcəyini bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu qərar İsrailin şimal bölgələrinin təhlükəsizliyinin təmin olunması və hərbi qüvvələrə qarşı mümkün təhdidlərin qarşısının alınması məqsədi daşıyır.
Qeyd olunub ki, İsrail ordusu təhlükəsizlik zonasından kənarda müəyyən edilən təhdidlərə qarşı da əməliyyatlar keçirməyə davam edəcək və həm hərbçilərin, həm də mülki əhalinin təhlükəsizliyini qorumaq üçün tədbirlər görəcək.
İsrail və Livan arasında gələcək addımlar hazırda birbaşa danışıqlar çərçivəsində müzakirə olunur. Tərəflərin nümayəndələrinin gələn həftə yenidən görüşəcəyi gözlənilir.
İsrail ordusu həmçinin vurğulayıb ki, əməliyyat fəaliyyəti davam edir və təhlükəsizlik zonasına yaxınlaşmaq təhlükəlidir.
Ordudan verilən açıqlamada Livan silahlı qüvvələri ilə koordinasiyalı fəaliyyətə çağırış edilib, mülki şəxslərə isə həmin əraziyə daxil olmamaq tövsiyə olunub.
Dənizdəki təhlükəsizlik zonası da quru üzərindəki təhlükəsizlik zonasının davamı hesab olunur və əməliyyat tələblərinə uyğun olaraq dəniz istiqamətində genişlənir.