Əsas məzmuna keç

Hizbullah İsrail ordusuna qarşı 20 hərbi əməliyyat keçirdi

Hizbullah İsrail ordusuna qarşı 20 hərbi əməliyyat keçirdi

Livanın cənubunda şiddətli zərbələr: Hizbullah PUA və raketlərlə Merkava tanklarını məhv etdi. Atəşkəs pozuntusuna verilən sərt cavabın detalları xəbərimizdə.

en ru

Livanın cənubunda İsrail ordusuna qarşı 20 hərbi əməliyyat həyata keçirdiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Hizbullahın mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, əməliyyatlar Livanın və onun xalqının müdafiəsi, həmçinin İsrailin atəşkəsi pozmasına, mülki şəxslərə hücumlarına və yaşayış məntəqələrinin dağıdılmasına cavab olaraq həyata keçirilib.

Məlumata görə, zərbələr Taiba, Tir Harfa, Bayada, Naqura, Rşaf, Deyr əs-Siryan, Adeisi və Sarbin bölgələrində İsrail ordusunun canlı qüvvə və texnika cəmləşmələrini hədəf alıb.

Hizbullah hücumlarda pilotsuz uçuş aparatları, artilleriya və raketlərdən istifadə etdiyini bildirib. Hərəkat həmçinin İsrail ordusuna məxsus Merkava tanklarının, D9 mühəndis texnikasının və Hummer tipli hərbi maşınların məhv edildiyini iddia edib.

Bununla yanaşı, Hizbullah Tir şəhəri yaxınlığında yer-hava raketi vasitəsilə İsrailə məxsus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.

Hərəkatın yaydığı məlumatda Bayada yaşayış məntəqəsində İsrail ordusunun komandanlıq mərkəzinə də zərbələrin endirildiyi qeyd olunub.

İsrail tərəfi isə hələlik Hizbullahın açıqlamalarına münasibət bildirməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…