İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda yerləşən və "Hizbullah" hərəkatının qalası hesab edilən Dahiye bölgəsinə hava hücumu təşkil edib.
"Operativ Məlumat Mərkəzi-OMM" Livanın "NNA" xəbər agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində "Hizbullah"a məxsus "el-Menar TV" telekanalının binası hədəf alınaraq dağıdılıb.
Məlumata əsasən, İsrail ordusu səhər saatlarından etibarən Dahiyenin müxtəlif nöqtələrinə şiddətli hava zərbələri endirməyə davam edib.
Qarşı tərəf isə bu hücumlara cavab olaraq hərbi əməliyyat keçirdiyini bəyan edib.
"Hizbullah" İsrailin şimalında yerləşən "Ramat David" hərbi hava bazasındakı radar və idarəetmə otaqlarının pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alındığını açıqlayıb.
İsrail ordusu isə Livandan göndərilən 2 ədəd PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.